Artıq xeyli müddətdir ki, Wordpress-də tərcümə faylları ilə əlaqədar çox faydalı bir yenilik mövcuddur. Belə ki, mövzu və qoşmaların tərcümə edilmiş faylları birbaşa hər lokalizasiyanın öz səhifəsində mövcuddur. Yəni https://az.wordpress.org/themes/ və ya https://az.wordpress.org/plugins/ səhifələrindən qoşma və ya mövzu endirməklə bərabər onlara aid olan tərcümə fayllarını da endirə bilərsiniz. Bir çox tərcümə faylları onlara aid paketlərə inteqrasiya edilmişdir. İnteqrasiya edilməmiş tərcümə fayllarını da onlara aid tərcümə bölməsindən endirib qurduğunuz qoşmanın və ya mövzunun dil qovluğuna əlavə edə bilərsiniz. Bir çox faylların əvvəlində (məs: wp-plugins-contact-form-7-dev-az faylındakı wp-plugins- və dev- əlavəsi kimi) mövcud olan əlavələr dil faylının işləməməsinə səbəb olur. Bunun üçün də faylı redaktə etmək lazımdır. Yəni wp-plugins-contact-form-7-dev-az faylını bu cür redaktə etmək lazımdır: contact-form-7-az. Bəzilərində isə tire işarəsinə qədər olanları silərək sadəcə az olan hissəni saxlamaq lazım gəlir. Bu eyni ilə mövzulara da aiddir. Bir çox mövzu və qoşma yüz faiz, bir qismi isə müəyyən miqdarda tərcümə edilmişdir və tərcümələri davam etdirilir. Beləliklə, https://az.wordpress.org-dan qoşma və mövzu endirə və dil fayllarını da endirə bilərsiniz. Əlavə hər hansı bir problemlə qarşılaşsanız, bizə bildirin yardımçı olaq.
]]>Modern estetika
Yeni WordPress başlanğıc ekranı təzə, səliqəli dizaynı ilə sadəliyə və asanlığa qucaq açır.
Təmiz tipoqrafiya
Open Sans yazı formatı sadə, dostcanlı bir mətn təkmilləşməsi ilə həm masaüstü, həm də mobil görünüş üçün idealdır. Həm də WordPress kimi açıq mənbə kodludur.
Artırılmış kəskinlik
Gözəl bir dizaynın oxuna bilmə qabiliyyətinin pozulmasını istəmirik. Qabaqcıl kəskinlik və böyük, rahat forması ilə yeni dizayn oxunması asan, naviqasiyası mükəmməl bir hala gəldi.
Yüksək sürətlərdə yüksək görünüş
Yeni vektor əsaslı ikonlar ilə WordPress heç olmadığı qədər kəskindir. Piksellərdən qurtularaq səhifə yükləmə sürətini böyük ölçüdə artırdıq.
Bir rəng seçin
Favoritlərinizi seçmək üçün səkkiz ədəd yeni rəng paleti əlavə etdik.
Həssaslaşdırılmış mövzu idarəetməsi
Yeni Mövzular ekranı bütün mövzularınıza bir baxışda nəzər salmağınıza imkan yaradır. Daha çox məlumatamı ehtiyacınız var – Kəşf et bağlantısına tıklayın.
Daha qabaqcıl vidcet bacarığı
Sürüşdür…sürüşdür…sürüşdür. Vidcet meneceri yeri gəldiyində çox qarmaqarışıq ola bilir. Yeni dizayn ilə vidcetlər ekranını daha yaxşı bir vəziyyətə gətirdik.
Böyük bir monitorunuzmu var? Mövcud olan sahədən istifadə etmək üçün vidcet sahələrini yan-yana sıralayın. Tabletdənmi istifadə edirsiniz? Bir vidcetə tıklayın və həmən əlavə edilsin.
İyirmi Ondörd – yeni bir jurnal mövzusu
Bloqunuzu bir jurnala çevirin
WordPress və İyirmi On dörd ilə xariquladə jurnal stilli bir sayt yaradın. Bir slayder tərtib edərək əsas səhifənizdə mühtəviyyatı slaydşou formasında göstərə bilərsiniz. Üç vidcet sahəsi ya da iki səhifə şablonu ilə saytınızı istədiyiniz kimi özəlləşdirin.
Alışılmış sadəliyi itirmədən təsiredicibir dizayna sahib olan İyirni Ondörd mövzusu bu vaxta qədərki ən cəsur mövzudur deyə bilərik.
]]>